“Fəzail Ağamalının əsəbləri pozulub” - Adaş deputatlar arasında gərginlik

Millət vəkili Fəzail İbrahimli həmkarı Fəzail Ağamalının onun barəsindəki ittihamlara münasibət bildirib. F.Ağamalı deyib ki, onun oğlu Yalçının yol qəzası törətməsi haqda yalan məlumatı həmkarı İbrahimli ötürüb və bunu namərdlik adlandırıb.

BakuPost.az xəbər verir ki, F.İbrahimli "Qafqazinfo”ya açıqlamasında bildirib ki, adaşı əsəblərinə hakim deyil, qırmızı həddi aşır: "Fəzail Ağamalı sağalıb, gəlsin oturaq danışaq. Ürəyimdən keçən məsələləri danışaq. Bu, onun bioqrafiyası ilə bağlıdır. Ona ziyan verə biləcək məlumatlardır, amma mən onları mətbuata açıqlamaram, özünə deyəcəm. Onun tərcümeyi-halında elə şeylər var ki, gərək gündəmə çıxarmayasan. Özünə deyəcəm ki, mən bunları deyə bilərdim, amma demədim. Yerini və həddini bil.

İki aydan sonra Fəzail Ağamalı yatıb yuxuda görüb ki, guya mətbuatı mən öyrətmişəm. Onun oğlu barəsində xəbər yayılandan bir gün qabaq mənim oğlum yıxılana kömək etmişdi. Mən də mətbuata açıqlama verib oğlumun qəza törətmədiyini dedim. Mətbuat Fəzail Ağamalının oğlunun adını hallandırmışdı, səhəri gün ondan üzr istədi. Bununla da Fəzail Ağamalı gündəmdən çıxdı, sonrakı problemləri mən yaşadım. Məsələ məlum oldu, hüquq-mühafizə orqanları da maraqlandı. Məlum oldu ki, bu qəza deyil. Əsl namərdlik mənim mətbuata məlumat ötürməyimi düşünməkdir. Mən Fəzail Ağamalıdan belə bir hərəkət gözləməzdim. O, çoxlu stress keçirib, artıq əsəbləri yerində deyil. Fəzail Ağamalı ömür böyü belə olub. Onun həyat tərzi ona-buna şər atmaq, sataşmaqdır. Oğlumu cinayətkar adlandırıb, bununla da hüquq-mühafizə orqanlarına böhtan atır. Mənim üçün deyib ki, kiminsə kölgəsinə sığınmışam. Onun isə heç kölgəsi yoxdur, tikanı var”.

F.İbrahimli deyib ki, həmkarına görə daim adının əziyyətini çəkib: "Mən siyasətə gələnə qədər o "Fəzail” adını elə şumlamışdı ki, mən o adın altında yatan minaları təmizləməklə məşğul olmuşam. Mən harasa müraciət edəndə ilk növbədə adımı yox, soyadımı deyirəm. Onun adını çəkmək cəmiyyətdə ikrah hissi yaradır. 

Niyə mənim yox, Fəzail Ağamalının adı hallandı? Çünki harda şər, pislik, mənfilik varsa, o yada düşür. O, özü də adı haqqında mənfi fikirdədir. Bu gün müsahibə verdiyi orqanda vaxtilə onun Türkiyədə əlində dolları hara sürtdüyünü göstərən şəkli yayılmışdı. Fəzail Ağamalı yaşına-başına yaraşmayan hərəkətlər edir. Təəssüf ki, 70 yaşlı kişi gündəmdə qalmaq üçün belə açıqlamalar verir”. 
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər