Ru
21:44 / 17 Yanvar 2018

FHN itkin düşmüş alpinistlərlə bağlı məlumat yaydı - FOTO

1297
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları bu gün davam edib.


Fövqəladə Hallar Nazirliyindən (FHN) BakuPost.az-a verilən məlumata görə, axtarış işləri FHN-nin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır.


Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılmış, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.


Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.


Əlavə məlumat veriləcək.

FHN itkin düşmüş alpinistlərlə bağlı məlumat yaydı -  FOTO
FHN itkin düşmüş alpinistlərlə bağlı məlumat yaydı -  FOTO
FHN itkin düşmüş alpinistlərlə bağlı məlumat yaydı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər