“Füzulililərdən kimsə intihar edəndə məni aparırlar” – Manaf Ağayev bu günkü hadisədən danışdı

1133
Bir qədər öncə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən, gözdən əlil idmançını müğənni Manaf Ağayev xilas edib.

BakuPost xəbər verir ki, müğənni hadisənin təfərrüatları barədə musavat.com-a danışıb: "Bir məkanda əyləşmişdim, birdən mənə zəng vurub bildirdilər ki, "Füzulidən qeyrətli bir oğlan, hansı ki, çempiondur, "Qaçkınkom”un binasına çıxıb özünü atmaq istəyir, polislər və məmurlar onu fikrindən döndərə bilmirlər”. Məndən xahiş edib dedilər "sən də füzulililərin bir ağsaqqalı kimi onu bəlkə fikrindən daşındıra bilərsən. Mən də hadisə yerinə getdim, xahiş etdim ki, məni onun yanına buraxın. Həmin vaxt o, qollarını doğrayıb, əlində də şüşələr var idi, qarnına soxurdu. Dedim ki, "məni qəbul edə bilərsən?” Yalvardım ki, "sənə söz verirəm, sənin evini alıb, özünə qaytaracam”. Mənə bildirmişdilər ki, onun 3 övladı var, ona görə də xeyli yalvarıb-yapışdım. O da fikrindən döndü, məni qucaqladı. Camaat bu halı alqışladı. Oradaca aidiyyəti qurumlardan xahiş etdim ki, imkan çərçivəsində onun məsələsini həll etsinlər. Sağ olsunlar, xahişimi yerinə yetirdilər”.

Müğənni bildirdi ki, intihara cəhd edən əlil idmançıya verdiyi sözə əməl edib: "Sənədlərini yerindəcə alıb, onun özünə qaytardım. Bu günə qədər bu cür olaylarla tez-tez rastlaşıram. Hərdən füzulililərdən kimsə özünü öldürmək və ya atmaq istəyəndə onu fikrindən daşındırmağa məni aparırlar. Füzuli camaatı da sağ olsun ki, mənim xahişimi yerə salmır”.

Qeyd edək ki, bu gün məcburi köçkün, gözdən əlil idmançı olan Natiq Hüseynov komitənin binasından özünü atmağa cəhd edib. O, mənzil problemi ilə əlaqədar sədrin qəbuluna gəldiyini, lakin məsələ həll olunmadığına görə canına qəsd etmək istədiyini bildirib, şüşələri qıraraq qollarını kəsib.

Xalidə Gəray,
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər