Gecə yağış yağacaq, şimşək çaxacaq

711
27 sentyabrda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir  tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı  ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 19-22,  Bakıda gecə 16-18, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer  təzyiqi 763 mm civə sütunundan 767  mm  civə sütununa yüksələcək, nisbi rütubət  gecə 75-85, gündüz  60-70 faiz olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Qərb küləyi  əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 14-19, gündüz  22-27, dağlarda gecə 7-12, gündüz  12-17 dərəcə isti təşkil edəcək. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər