Güclü külək evləri bu hala saldı - FOTO

663
Göyçay rayonunda bu gün səhər saatlarından başlayaraq əsən güclü külək ayrı-ayrı təsərrüfat sahələrinə ciddi ziyan vurub.
 
BakuPost.az xəbər verir ki, Rayon Elektrik Şəbəkəsindən APA-ya verilən məlumata görə, küləyin təsiri nəticəsində Göyçay şəhərinin 3 ayrı-ayrı ərazisində, eləcə də kəndlərdə elektrik xətlərində problem yaranıb.

Hazırda rayon ərazisində 3-10 Kv.lıq, 3 kənddə isə hər birində 1 ədəd 10 Kv.lıq xətlər qırılıb və 6 elektrik dirəyi aşıb. Bu səbəbdən rayon üzrə elektrik verilişi tamamilə dayanıb.

Güclü külək bir çox yerdə ağacları və rabitə dirəklərini aşırıb, naqilləri qıraraq sıradan çıxarıb. Həmçinin şəhərin bir neçə küçəsində iri gövdəli ağaclar yaşayış evlərinin, yardımçı tikililərin üzərinə düşüb, hasar və evlərin divarları dağılıb. Külək rayon ərazisində fərdi yaşayış evlərinin, beşmərtəbəli yaşayış binasının, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin dam örtüyünü qoparıb.

Yeddi ədəd beş və üç mərtəbəli yaşayış binasının dam örtüyü qopub, bir mink avtomobili əzilib.

Güclü külək hələ də davam edir.

Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində ziyan çəkən ərazilərə baxış keçirir və lazımi tədbirlər görülür.  
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər