Ru
16:13 / 22 Noyabr 2017

Gələn ildən 16 minlik maşını 81 minə alacaqsınız - Ekspertdən şok açıqlama

7296

Azərbaycanda dəyəri 16 min manat olan avtomobili gələn ildən 80840 manata ala biləcəksiniz.


BakuPost.az xəbər verir ki, bu barədə avtomobil eksperti Rəşad Quliyev məlumat verib. Ekspert Dövlət Gömrük Komitəsinin elektron kalkulyatorunda apardığı araşdırma zamanı əldə etdiyi nəticəni bölüşərək qeyd edib ki, 2018-ci ildə 9500 dollarlıq (16 min manatlıq) 5.7 mühərrikli bir avtomobil ölkəyə gətirilən zaman ödənəcək gömrük və vergi xərcləri ilə birlikdə 80 min 840 manat 99 qəpiyə başa gələcək. Buraya aşağıdakılar daxildir:


Aksiz vergisi – 59120 manat

Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu – 6775.47 manat

Əməliyyat haqqı – 100 manat

Vəsiqə haqqı 20 manat

ƏDV 14790 manat 13 qəpik

Elektron gömrük xidmətinin göstərilməsinə görə – 30 manat

Elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV – 5 manat 40 qəpik

Cəmi: 80840 manat 99 qəpik.

 



Xatırladaq ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ni təsdiq edib. Qərarla gələn ildən Azərbaycanda yeni idxal və ixrac gömrük rüsumları tətbiq olunacaq. Yeni qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minəcək.

Gələn ildən 16 minlik maşını 81 minə alacaqsınız -  Ekspertdən şok açıqlama
Gələn ildən 16 minlik maşını 81 minə alacaqsınız -  Ekspertdən şok açıqlama
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər