Gəncə iğtişaşında polisləri öldürənlərin kriminal keçmişi - Biri anasını qətlə yetirib, digəri isə...

3486
Gəncədə dünən baş vermiş iğtişaşların gedişində hüquq-mühafizə orqanları əməkdaşlarının qətlində şübhəli bilinən şəxslərin tərcümeyi-hallarından maraqlı faktlar yayılıb.

BakuPost virtualaz.org-a istinadən xəbər verir ki, şübhəlilərdən biri – 30 yaşlı Rəşad Böyükkişiyev iki dəfə mühakimə olunub. 2007-ci ildə öz anasının qətlində təqsirli bilinərək 7 il müddətinə həbs edilib. İkinci dəfə isə artıq Rusiyada məhkəmə qarşısına çıxarılıb və oğurluğa görə 1,5 il həbs cəzası alıb.
 
İkinci şübhəli Fərrux Qasımovun qardaşı Ramin Qasımov hazırda 6 saylı islah düşərgəsində həbsdədir. 2016-ci ildə o, xuliqanlıq zəminində ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətinə həbs edilib.

Gəncə hadisələrindən sonra internetdə polis əməkdaşlarını öldürməyə səsləyən təxribatçı qeydlər yayılmağa başlayıb. Belə məlumatlardan birinin müəllifi Mahir Bayalıyevdir və o yazır: "Qardaşlar, polis əməkdaşlarını öldürməyin vaxtı çatıb. Silahlı dəstələr yarada bilsək, qələbə bizimdir. Birləşmək və polislərin dərsini vermək lazımdır”.

Bu məlumatın dərcinin ertəsi günü Mahir Bayalıyev Ağsuda mənzil kirayələyən keçmiş arvadını bıçaqlayıb.

 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər