“Gəncə təxribatlarında Ermənistanın əli var” - ŞEYX

908
"Gəncə həmişə bizim diqqət mərkəzimizdədir. Çünki Gəncə İmam Hüseyn şəhəridir. Gəncədə baş verən sonuncu hadisələr bizi çox məyus etdi. Bu hadisələri biz terror aktı kimi qiymətləndiririk".

BakuPost Report-a istinadən xəbər verir ki, bunu Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən müşavirədə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

"Bu, düşünülmüş şəkildə ölkədəki sabitliyi, əmin-amanlığı pozmaq, dövlətə və dövlət xadimlərinə qarşı təxribatdır. Bu təxribatların törədilməsində Azərbaycanın qonşu dövlətlərinin, xüsusən də Ermənistanın, onların yoldaşlarının, əlaltılarının və köməkçilərinin əli var. Təbii ki, bu terror hadisələrinin təşkilatçıları Azərbaycanın beynəlxalq arenda nüfuzunun yüksəlməsini, siyasi, iqtisadi və digər sahələrdə qazanılan uğurlarını gözü götürməyən qüvvələrdir", - A.Paşazadə əlavə edib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər