Gəncədə minik maşını “KAMaz”a çırpıldı

325
Gəncədə iki avtomobil toqquşub.
 
BakuPost.az APA-ya istinadən xəbər verir ki, "KAMaz” və "VAZ” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ”-da olan şəxslər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlar 1981-ci il təvəllüdlü Orucov Natiq, 1975-ci il təvəllüdlü Orucov Elşad və 1986-cı il təvəllüdlü Orucov Afiqdir.

Onların iki qardaş və əmioğlu olduğu bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Orucov Natiqin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Yüngül xəsarət alan digər iki şəxs tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

BakuPost
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər