Gəncədə qadın 3 yaşlı oğlu ilə itkin düşdü

Gəncə şəhərində 30 yaşlı qadın oğlu ilə birlikdə itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuPost.az-a verilən məlumata görə,  cari il sentyabrın 4-də Gəncə şəhər sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Həmin qadının xarakterik əlamətləri belədir: boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır.

Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub.

Şəkildəki qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Gəncə şəhərinə 022-256-07-73, 022-266-33-75 şəhər nömrələrinə, 055-331-24-24, 050-314-14-91 mobil nömrələrə zəng vuraraq məlumat vermələri xahiş olunur. 
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

13 Dekabr 2017
12 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər