Ru
22:17 / 13 Noyabr 2018

Gəncədə qadın qaynar su qazanını üzərinə aşırdıb

3574
Gəncə şəhərində 1 nəfərin yanıq xəsarəti alması ilə nəticələnən bədbəxt hadisə olub.


BakuPost-un "Report"a istinadən məlumatına görə, 31 yaşlı qadın yaşadığı evdə ehtiyatsızlıqdan içərisi qaynar su ilə dolu qazanı üzərinə aşırdıb.


Müxtəlif yanıq xəsarətləri alan zərərçəkmiş yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.


Bundan əvvəl Lənkəranda qadın su quyusuna düşərək boğulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər