Gəncədə yaşayış binasında partlayış - Ölü sayı 3-ə çatdı/ YENİLƏNİB

1588
Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb.

BakuPost xəbər verir ki, onlar ana-bala - 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərovdur.

N.Tağıyevanın orta məktəb müəllimi olduğu bildirilir.

Axtrışlar davam etdirilir.

***

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölən və yaralanan şəxslərin adı məlum olub olub.

BakuPost Report-a istinadən xəbər verir ki, dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 
 
* * * 

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb. 

BakuPost Report-a istinadən xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb. 

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. 
 
* * *

Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.
 
BakuPost xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
 
 




 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər