Ru
18:01 / 13 Noyabr 2018

"Gəncədə yeni körpü tikilsin" - Millət vəkili

1783
Gəncədə 80 minə yaxın sakinin yaşadığı Gülüstan yaşayış massivi ərazisində - Gəncə çayı üzərində yeni körpünün salınması vacibdir.


"Report”un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı deputat Naqif Həmzəyev bildirib.


O qeyd edib ki, Gəncə şəhəri çay vasitəsi ilə iki hissəyə ayrılır və Gəncə çayı üzərində 4 körpü salınıb, bu da sahillər arasında nəqliyyat və piyadaların keçidini təmin edir: "Lakin, Gülüstan yaşayış massivi adlanan hissədə yaşayan əhalinin şəhərin Bağbanlar, Yeni Gəncə yaşayış masivlərinə keçə bilmələri üçün ən azı 6-8 km əlavə yol qət etmələri tələb olunur. Həmçinin şəhərin mərkəzi hissəsində nəqliyyat sıxlığı yaranır”.


Naqif Həmzəyev həmçinin ölkədə uşaq bağçalarının və idman qurğularının sayının artırılmasını təklif edib: "Azərbaycanda Dövlət Proqramları çərçivəsində son illərdə bir sıra yeni uşaq bağçaları tikilir və köhnələr təmir olunur. Amma hələ ki, bu tərbiyə ocaqları tələbatı qarşılaya bilmir. Mövcud bağçalar uşaqların sayından xeyli geri qalır. Bağçaya gedən uşaqların böyük əksəriyyəti şəhərdə yaşayanlardır”.

 

O qeyd edib ki, gənc ailələrdə valideyinlərin hər ikisi işləmək məcburiyyətindədirlər: "Bu səbəbdən bu problemin aradan qaldırılması üçün lazımı addımlar atılmalıdır. Əslində problemin həlli müəyyən dərəcədə mümkündür. Yeni tikilmiş və ya əsaslı təmir olunmuş bağçaların əksəriyyəti 10-12 qrup üçün nəzərdə tutulduğu halda, həmin bağçalarda 6 və ya 7 qrup fəaliyyət göstərir. Düşünürəm ki, yeni qrupların açılması üçün büdcədə vəsait nəzərdə tutularsa bu problemi qismən həll etmək olar". 


N. Həmzəyev məhəllələrdə idman qurğularının inşa edilməsinin vacibliyini də qeyd edib: "Demək olar bütün şəhər və rayaonlarda Olimpiya kompleksləri və idman sarayları faəliyyət göstərir. İdmançılarımız da möhtəbər idman yarışlarında mütamadi olaraq Azərbaycanı yüksək səviyyədə təmsil edirlər. Heydər Əliyev Fondu tərəfindən Bakı və Gəncə şəhərində marafonlar təşkil olunur. Gənclər və İdman Nazirliyi xətti ilə gənclərin sağlamlıq festivalları, mədəni-kütləvi aksiyalar, maarifləndirici tamaşalar, fiziki fəallıq festivalları keçirilir. Ancaq əhali arasında sağlam həyat tərzinin kütləviləşməsi üçün hər bir məhəllədə idman qurğularının inşa edilməsi zərurəti yaranıb. Bu məsələnin də diqqət mərkəzində saxlanılması və adiyyatı qrumları bu işin icrası üçün təşviq edilməsini xahiş edirəm". Deputat vurğulayıb ki, Gənclər Fonduna əlavə vəsait ayrılarsa onlar bu işi Şəhər İcra Hakimiyyəti və bələdiyyələrlə birlikdə daha sistemli və kefiyyətli formada icra edə bilərlər, yaxud sahibkarlara hər hansı bir vergi güzəşti tətbiq edilərsə onlar da bu qurğuların inşasına öz töhvələrini verə bilərlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər