Ru
09:38 / 12 Oktyabr 2017

Gəncəli Nizami haradadır?

3475
İdris Heydərli

Nizami Gəncəvi bizə lazımdırmı?

Məncə yox.


Yetərincə Nizami adından istifadə etdik,

Muzey, metro, bağ, dağ...

Bu qədər şəkil olan yerdə başqa nə istəyirik ki?


Farsmı, türkmü savaşından artıq tanımadığımız adam nəyimizə gərəkdir ki?


Şair kimi tarixə yamaq etdiyimiz bu adamın günahı nədir ki, adını bu qədər ucuzlaşdırdıq?

İslam təsəvvürü olmayan heç bir kimsənin Nizami adını ağzına alması belə doğru deyildir.

Nizami islam mədəniyyətinin zaman və tarix üçün yetişdirdiyi son kəlam sözçüsüdür.

Kəlamı anlamayan Nizami anlamaz;

Din tanımayan Nizami tanımaz;

Hikməti bilməyən Nizami bilməz.

Anlamadan, tanımadan, bilmədən hansı Nizamini miras olaraq almaq istəyirik?


Şair Nizamimi?

Şair Nizami sovet ədəbiyyatının sosialist realizminin parçası idi, ideoloji mübarizə üçün hazırlanan ədəbi silah idi.

Bu bitdi...


Müstəqillik dönəminin Nizamisi isə dünən üçün hazırlanan muzey əşyası kimi bir eksponatdır.

Ölü bir əşyanı bu qədər "mənimsəmək" istəyimiz anlaşılan deyil.

Dəyər ona verilən yerdə dəyər qazanar,

Nizami fikri, düşüncəsi, yaşamı ilə harada dəyərdirsə Nizami o məmləkətin dəyəridir.


Gəncə Nizamidən sonra başqa bir dünyanın parçası olduğundan bir daha Nizami doğulmadı o torpaqdan.

Bunu unutmayaq,

Vəssalam.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər