Gəncənin sabiq baş memarı haqqında axtarış elan olundu - Həbsi gözlənilir

2384
Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayevin yaxın günlərdə həbs olunması gözlənilir.
 
BakuPost xəbər verir ki, haqqında cinayət işi açılan baş memar Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məcburi gətiriləcək. Əldə etdiyimiz məlumata görə, Məharət Mustafayev korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunduqdan sonra ifadə verməsi üçün sözügedən quruma çağırılıb.
 
Lakin o, çağırışa məhəl qoymayıb. Bundan sonra onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
 
Xatırladaq ki, Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunmuş Məharət Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul toplaması və digər əməlləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilib. Müraciətlərə görə idarəyə çağırılan sabiq memara cinayət işi açılıb. Lakin hələlik həbs olunmayıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər