Gəncənin təhlükəli qaranlıqları - Sakinlər yeni başçıya müraciət etdi/ Yenilənib /VİDEO

5382
Gəncənin mərkəzindəki yeraltı piyada keçidində əsl zülmət hökm sürür.
 
BakuPost-un məlumatına görə, söhbət şəhər əhalisinin aktiv istifadə etdiyi, Nizami Gəncəvi və Şah İsmayıl küçələrinin kəsişməsindəki keçiddən gedir. 

Gəncə sakinləri günorta saatlarında çəkilmiş fotonu saytımıza göndəriblər. Hətta, günün işıqlı vaxtlarında da keçiddən keçmək çətin və təhlükəlidir. Nəzərə alsaq ki, keçiddən şagirdlərdən də istifadə edir, problemin nə qədər ciddi olduğunu təxmin etmək çətin deyil. 

Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinə başçılıq etdiyi dövrdə yeraltı piyada keçidlərindəki vəziyyətlə bağlı edilən çoxsaylı şikayətlərə məhəl qoyulmayıb. Gəncənin icra başçısı dəyişdirilsə də, mənzərə dəyişməyib. 

Sakinlər bildirir ki, Gəncədəki bütün yeraltı piyada keçidlərində vəziyyət eynidir. Onlar gündüz saatlarının qısaldığı payız və qış fəsillərinin yaxınlaşdığını nəzərə alaraq, qarşıdakı aylarda piyada keçidlərindən istifadənin daha təhlükəli olacağını bildirir və tədbir görülməsini istəyirlər.
 
***
13:22 

Məsələ ilə bağlı Gəncədən seçilmiş millət vəkili Naqif Həmzəyev bildirib ki, problem qısa zaman ərzində həllini tapacaq:"Həmin tunel yeni təmir olunub. Orada işıq problemi olmamamlıdır. Görünür, müvəqqəti nəsə baş verib və video da həmin vaxt çəkilib. Mən məsələni cənab başçının da diqqətinə çatdırdım. İndi ora nümayəndə göndərmişik. Hər hansı problem varsa, dərhal aradan qaldırılacaq”.
 
***
15:03
Artıq problem həll olunub. Millət vəkili Naqif Həmzəyev bunu təsdiq edən fotoları redaksiyamıza təqdim edib: 

 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər