Geomaqnit qasırğası davam edir

Bir neçə gün əvvəl başlayan geomaqnit qasırğası hələ də davam etməkdədir.
 
Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev APA-ya bildirib ki, Kp indeksinin qiyməti 3 ilə 5 arasında dəyişir: "Hazırda G1 kateqoriyalı geomaqnit qasırğası davam etməkdədir.
 
Yer kürəsi hələ də Günəşdən başlanğıcını götürən plazma küləyinin ağuşundadır. Lakin getdikcə qasırğa səngiyəcək. Artıq yuxarı en dairələrində yerləşmiş ölkələrin ərazisində əsrarəngiz təbiət hadisəsi olan "avrora"lar ("qütb parıltıları") müşahidə olunub".
 
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

19 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər