Gömrük Komitəsi yaxın günlərdə ləğv ediləcək? - PA rəhbərindən dəyişiklik anonsu

10270
"Maliyyə nəzarəti sistemində vergi nəzarəti orqanlarının üzərinə böyük məsuliyyət düşür. Müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o, həm də iqtisadi inkişafın stimullaşdırıcı aləti kimi çıxış edir. Bu baxımdan vergi orqanlarının fəaliyyəti sahibkarlığın inkişafını dəstəkləməlidir. Vergi xidmətində peşəkar və təmiz kadrlara üstünlük verilməli, vergi əməkdaşlarının yüksək səviyyəli xidmət göstərməsi üçün onlara normal iş rejimi yaradılmalıdır".

BakuPost xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Prezident İlham Əliyevin iqtisadi strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində yer alır.

Administrasiya rəhbəri yazır ki, vergi sisteminə hörmət və inamın artırılması üçün ciddi addımlar atılmalı, vergiödəyiciləri ilə münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanmalıdır. Vergi uçotunun dəqiq aparılması, auditin real funksiyasının bərpa olunması, vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsi yeni mərhələdə vergi nəzarəti orqanlarının xüsusi diqqət yetirməli olduqları fəaliyyət istiqamətləri olmalıdır.
 
Картинки по запросу gömrük komitəsi
 
Ramiz Mehdiyev qeyd edib ki, maliyyə nəzarəti sistemində ölkənin iqtisadi sərhədlərini qoruyan gömrük orqanlarının da xüsusi yeri var.

Məqalədən sitat: "Mövcud qanunvericiliyə əsasən gömrük orqanları dövlət icra hakimiyyəti sistemində hüquq-mühafizə orqanı statusuna malik olsa da, onlar daha çox vergi və valyuta nəzarəti funksiyası daşıyırlar. Bu baxımdan Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməlidir».
 
Картинки по запросу natiq cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli PA rəhbərinin bu məqaləsindən sonra Dövlət Gömrük Komitəsi ilə bağlı açıqlama verib. O, komitənin yaxın günlərdə ləğv ediləcəyini düşündüyünü deyib: "Çox güman yaxın günlərdə Dövlət Gömrük Komitəsi ayrıca bir orqan kimi ləğv ediləcək, departament kimi Vergilər Nazirliyinə birləşdiriləcək. İnstitusional olaraq doğru olan da budur, amma bundan sonra vergi və gömrük orqanlarının idarəetməsi, fəlsəfəsi, yanaşması dəyişməsə, biznesin qorxulu röyası olmaqdan çıxıb yardımçısına, xidmətçisinə, dostuna çevrilməsə heç nə dəyişməyəcək..."
 
BakuPost
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər