Gürcüstanda polis prezidentin kürəkənini saxladı

444
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinın kürəkəni Mindiya Qoqoçuri saxlanılıb.

BakuPost xarici KİV-ə istinadən xəbər verir ki, o, Tbilisidə saxlanılıb. Polis paytaxtda silah gəzdirənlərlə bağlı xüsusi əməliyyat keçirib. 2 nəfər saxlanılıb, onlardan biri M. Qoqoçuridir. 

Qeyd edək ki, Qoqoçuri Gürcüstan prezidentinin ögey qızı ilə vətəndaş nikahında yaşayır.

Onu da bildirək ki, prezident kürəkəni bundan əvvəl də kriminal hadisələrlə gündəmə gəlib. O, iyul ayında ayağından bıçaqlanıb. Ondan əvvəl də güllələnib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər