Göyçayda naməlum şəxslər fermaya basqın etdi - Od vurdular

348
 
Göyçay rayonunda yanğın hadisəsi baş verib.

BakuPost Report-a istinadən xəbər verir ki, hadisə gecə saat 3:00 radələrində rayonun Şahsoltanlı kəndi ərazisində yerli sakin Mustafa Əmirova məxsus fərdi təsərrüfatda qeydə alınıb.

Dərhal əraziyə FHN-in Göyçay və Ağsu Dövlət Yanğından Mühafizə hissəsinin texnika canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 1200 kvadratmetr ərazinin 400 kvadrat çardaq hissəsi və 20 tondan çox ot bağlaması yanıb.

Təsərrüfat sahibinin sözlərinə görə, əvvəlcə fermaya naməlum şəxslər basqın edib, lakin oğurluq edə bilmədikləri üçün fermya od vuraraq qaçıblar.

Faktla bağlı araşfırma aparılır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər