Ru
20:46 / 21 Noyabr 2018

Avtoyuma işçisi müştərinin avtomobili ilə qəza törətdi - Vəziyyəti ağırdır / Yenilənib

3233

Şəki rayonunda baş verən yol qəzasının təfərrüatı məlum olub.

BakuPost Report-a istinadən xəbər verir ki, qəzanı törədən Təbriz Eyvazov şəhərdə fəaliyyət göstərən avtoyuma məntəqəsinin işçisi olub.


O, müştərinin ona yuyulmaq üçün gətirdiyi "Mercedes" markalı avtomobili sahibindən icazəsiz götürüb və yaşadığı ünvan istiqamətində hərəkət edib. İdarəetməni itirən T.Eyvazov maşını yol kənarındakı ağaca çırpıb.


Faktla bağlı araşdırma aparılır.

 

* * * 


Göyçay rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib. 


BakuPost-un "Report"-a istinadən məlumatına görə, hadisə Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, rayonun Mallışıxlı kəndi ərazisində baş verib. 


Belə ki, Göyçay rayon sakinləri Məğrur Piriyevin idarə etdiyi "Hyndai" və Asif İsmayılovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb. 


Nəticədə hər iki avtomobilin sürcüsü və avtomobillərdə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxansına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər