Hacılı ilə Ağazadə efirdə bir-birini təhqir etdi - “Meydandan qaçdı... Yalançı... Səviyyəsiz...”

1803
Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Ümid Partiyasının sədri İqbal Ağazadə Meydan TV-nin efirində bir-birini təhqir ediblər.

BakuPost xəbər verir ki, siyasətçilər 15-16 oktyabr hadisələrinin ildönümü barədə danışarkən sözləri çəp gəlib. 

İqbal Ağazadə müxalifətin 10 il 2003-cü il seçkilərinə hazırlaşdığını, lakin məğlub olduğunu, bu məğlubiyyətin isə müxtəlif səbəbləri olduğunu deyib. Arif Hacılı söhbətə müdaxilə etmək istədikdə İ. Ağazadə onu cığallıqda qınayıb. 

Tərəflər bir-birini səviyyəsiz adlandırıb. 

Ümid Partiyasının sədri məğlubiyyətlərində İ. Qəmbəri günahlandırıb: "15 oktyabrda heç bizim Müsavat qərargahı qarşısında toplaşmaq düşüncəmiz yox idi. Mənə İsa Qəmbər zəng etmişdi ki, ora gəlim. Mənim xəbərim olmatan planlar oldu, biz onun hesabına qalib gəlmədik. İsa bəydən xahiş etdim ki, camaata müraciət etsin və onlar partiyanın qarşısından dağılışsınlar”.

Müsavat başqanı isə Ağazadəni həmişə mitinq əleyhinə danışmaqda ittiham edib. İ. Ağazadə bu sözdən qəzəblənib və Hacılını yalançılıqda suçlayıb və tərbiyəsiz adlandırıb. Hətta onu mikrofon gətirmək bəhanəsi ilə meydandan qaçmaqda ittiham edib. 

Sonda Müsavat başqanı efiri tərk edib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər