Ru
10:37 / 16 Fevral 2019

- Övladı olmayan ər və arvad özlərini asdılar Hacıqabulda dəhşətli hadisə

2913
 


Hacıqabul rayonunda ərlə arvad özünü öldürüb.


BakuPost-un verdiyi xəbərə görə, hadisə fevralın 15-də rayonun Kolanı kəndində baş verib.


Kənd sakini, 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov yaşadığı evin həyətində özünü ağacdan asaraq öldürüb. Hadisədən bir neçə saat sonra onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova da atasının evindən ərinin intihar etdiyi evə gəlib və orada özünü asaraq intihar edib.


Fatkla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.


Qeyd edək ki, sosial şəbəkələrdə xeyli vaxtdır ailə quran cütlüyün uşaq sahibi ola bilmədikləri qeyd olunub. Bu səbəbdən ər-arvad yaxınlarının təzyiqi ilə ayrılmaq qərarına gəlib. Daha sonra isə bu faciə baş verib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər