Ru
16:04 / 16 Oktyabr 2017

““Hafka” mənə yalvarır” - Müşfiq Mədətov

17034
Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşfiq Mədətov və onun dostu Vəli Vəliyev dünən baş verən insidentlə bağlı açıqlama verib.

 

BakuPost.az xəbər verir ki, ovqat.az-a danışan Vəli Vəliyevin sözlərinə görə, hadisənin arxasında "Hafka” ləqəbiylə tanınan məşhur iş adamı Hafiz Məmmədov dayanır: "Onun mühafizəçiləri, guya, Müşfiq "Hafkanı” söydüyünə görə bizə hücum etmişdilər. Halbuki, elə bir hadisə olmayıb. Biz məlum insidentdən bir gün əvvəl Hafkayla bir məclisdə üz-üzə gəlmiş və çox mehriban şəkildə görüşüb, söhbət etmişdik”.

Vəli Vəliyev bildirib ki, onlara hücum edən 5 nəfər olub: "Lakin saxlanılan 2 nəfərdir. Polislər digər 3 nəfəri saxlamaqda maraqlı deyillər. Hətta Yasamal polis idarəsinin məsul şəxsləri və Bakı Şəhər Baş Polis İdarəsindən gələn nümayəndələr çölə çıxarkən bizə hücum edənin 2 nəfər olduğunu bildirməyimizi tapşırdılar. Polis orqanları niyə hadisəni gizlədirlər? Bizi, guya, hadisənin böyüməməsi üçün 3 gün azadlıqdan məhrum etmişdilər. İndisə özləri həmin 3 nəfəri gizlətməklə insidentin davam etməsinə şərait yaradırlar”.


Vəli Vəliyev bildirib ki, "Hafka”nın 2 adamını da onlara görə yox, polislərlərlə atışdıqları üçün saxlayıblar.


Müşfiq Mədətov da açıqlama verərək, "Hafka”nı söymədiyini etiraf edib: "Amma artıq o, bu namərdiyi etməklə söyüşə haqq qazandı. Biz öz yoldaşlarımızla oturub istirahət etdiyimiz bir zaman üstümüzə qəfil hücuma keçmək kişilikdən deyil. Söyüşü qəbul etməyən oğlan bu addımı da atmamalıydı. İndi isə müxtəlif adamları vasitəsilə mənə yalvarır”.


Qeyd edək ki, Müşfiq Mədətov Heydər Əliyevin ilk mühafizəçilərindən biri olub. Daha sonra polis rəisi təyin olunub və işlərində yol verdiyi nöqsanlar ittihamıyla uzun müddətə azadlıqdan məhrum olunub.


Azərbaycan dövləti qarşısında xidmətləri nəzərə alınmaqla 15 ildən sonra Prezident İlham Əliyev tərəfindən cəzası bitmədən əfv olunub.

 

Onu da əlavə edək ki, Orxan Axundzadəni güllələyən şəxslərin olduğu  90-LT-997 dövlət nömrə nişanlı, "Lexus” markalı avtomobil Hafiz Məmmədovun ortağı Azad Abdullayevin oğlu Rüfətə məxsusdur. Avtomobili etibarnamə ilə idarə edən Emin Həsənov isə "Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşıdır. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər