“Həmin dərslikdə erotika var” - Aqil Abbas

1049
"Zərərli informasiyaları Azərbaycanda dərsliklər yayır. Bunu hazırlayanlar məsuliyyətə cəlb edilməlidir”

BakuPost xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib. O, bəzi dərsliklərin TV-lərdən daha çox təhlükəli olduğunu deyib:"Həmin dərsliklər mənasız şeir və nağıl yığınıdır. İkinci siniflər üçün dərslikdə sual var ki, Qarabağın qayıdacağına inanırsınızmı? Uşaq da cavab verib ki, yox. Buna görə də atası onu döyüb. Bu nə münasibətdir, bu nə sualdır? Dərsliklərdə belə hallar çoxdur. Bunu hazırlayanlar məsuliyyət daşımalıdırlar”. 

Deputat dərsliklərdən birində erotika olduğunu qeyd edib: "Üçüncü sinif dərsliyində erotikadan bəhs edilir. Sanki bunlara nəzarət yoxdur. Sonra da deyirlər ki, valideynlər uşaqlarını rus bölməsinə qoyurlar.  Ona görə ki, orada belə şeylər yoxdur”.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər