Hind iş adamı Bakıda özünə 3 gün toy etdi - VİDEO

1674
Bakının mərkəzində maraqlı görüntülər lentə alınıb.

BakuPost azxeber.com-a istinadən xəbər verir ki, bulvar yaxınlığında bir qrup Hindistan vətəndaşının iştirakı ilə toy baş tutub. Hindistan adət-ənələrinə uyğun təşkil edilən toy mərasimində gəlin azərbaycanlı olub. Məlumata görə, bəy Hindistanın tanınmış iş adamlarından biridir.
 
Əldə olunan məlumata görə, toy Bakının məşhur otellərindən olan "Fairmont Baku”da baş tutub. Bu məsələ ilə bağlı "Fairmont Baku”nun PR və Marketinq meneceri Zümrüd İsmayılova hind toyunun hazırda keçirildiyini təsdiq edərək, tədbir haqqında qısa məlumat verib.

"Bəli, "Fairmont Baku”da Hindistandan olan Maithili Sagar və Rohit Qubta adlı cütlüyün toy mərasimi rəsmi olaraq 4-5-6 sentyabr tarixlərinə təyin edilib. Amma hər bir xalqın fərqli adət və ənənələri var, təbii ki, hind xalqı da istisna deyil. Qeyd etdiyim kimi, toy mərasimi üçün rəsmi olaraq 3 gün seçilib, amma toya qədər və toydan sonra keçirilən kiçik mərasimlər də mövcuddur. Bu səbəbdən də toy 3 gündən artıq müddətə çəkir. Bu tədbirlər sırasına xına mərasimi, kişilər üçün türban bağlamaq və qadınlar üçün qolbaq taxmaq və s. kimi mərasimlər daxildir”, - deyə Z.İsmayılova bildirib.
 
***

Toyu olan şəxslərin kimlikləri açıqlanıb. Məlumata görə, gəlin azərbaycanlı olmayıb. Maitili Saqar və Rohit Hubta cütlüyünün toy mərasiminə 400-dən çox hindistanlı qatılıb.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər