Hollandiya çempionatında dava: azarkeşlər, futbolçular, mühafizəçilər bir-birinə qarışdı - VİDEO

918
Hollandiya çempionatının I Divizionunda "Qou Ehed İqls" və "De Qrafshap" komandaları arasında keçirilmiş XXVII tur matçında qalmaqal baş verib.

Oyundan sonra meydana girən yerli fanatlar oyunçular və təhlükəsizlik xidməti əməkdaşları ilə dalaşıblar. Onlar "İqls"in çıxışından narazı olduqlarını futbolçuların diqqətinə şəxsən çatdırmağa çalışıblar. Asayişi pozanlar dərhal saxlanılıblar.

Qeyd edək ki, oyun "De Qrafshap"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda "Qou Ehed İqls" turnir cədvəlində 17-ci, "De Qrafshap" isə 6-cı pillədə qərarlaşıb.
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər