Hollandiya səfiri meşəyə getdi, ox atdı... – Diplomat “Çöl”də vacib açıqlamalar verdi / VİDEO

2096
"Yoldaşımın 2, mənimsə 4 velosipedim var” 

"Çöldə Yaşam Öyüdləri” verilişi yaşam yolu bir-birindən maraqlı qonaqlarını izləyicilərinə tanıtmaqda davam edir.
 
BakuPost.az xəbər verir ki, bu dəfə "Çölçü Obası”nda verilişin qonağı Niderland Krallığının  Azərbaycandakı səfiri  Onno Kervers olub. Verilişin müəllifi və yaradıcı yönətməni Eltən Qədimbəyli ilə səmimi ortamda keçən söhbət zamanı səfir Hollandiya və Azərbaycan mədəniyyətləri arasındakı fərqlərdən bəhs edib. Eyni zamanda özünün hansı öyüdlərlə böyüdüyünü və bu vəzifəyə gələnə qədər hansı həyat təcrübələrini qazandığı xatırlayıb.
 
"Çöldə Yaşam Öyüdləri” verilişinin qonağı olan Niderland Krallığının rəsmi nümayəndəsi Holland mətbəxinin özəlliklərindən və mətbəxlərimiz arasındakı fərqlərdən də danışıb. Verilişin yaradıcı yönətməninin "Hər birimizin həyatında uğursuz bir günümüz, ruhumuzu bulandıran olaylar olur. Bu zaman ruh düşkünlüyünə uğramamaq, depressiyaya düşməmək üçün nə edirsiz?” sualına cənab səfirin özünəməxsus maraqlı cavabı olub. Səfirin Azərbaycandan başqa hansı ölkələrdə olduğu, daha çox hansı ölkəni bəyəndiyi, yaşamını nələrin şəkilləndirdiyi haqqında söhbəti də izləyicilər üçün maraqlı olacaq:



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər