Hüquqi şəxslərin daxili və xarici borc alması qaydası TƏSDİQ EDİLDİ

1132
Maliyyə Nazirliyi dövlətə məxsus olan hüquqi şəxslərə müraciət edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli Fərmanı ilə "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borc alması Qaydası" təsdiq edilib. Sözügedən Qaydaların 3.1 bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslər hər ilin iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinə təqdim etməlidirlər.

Qeyd edək ki, növbəti ilin borcalma limiti hazırlanarkən, yalnız qeyd olunan tarixədək agentliyə daxil olmuş dövlət müəssisələrinin müraciətləri nəzərə alınacaq.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər