Ru
10:00 / 20 Yanvar 2018

İçərişəhərdə tarixi bina yanır- FOTO

2708

Bakıda yaşayış binasında yanğın başlayıb.

 

APA-nın məlumatına görə, hadisə "Azneft" meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

 

Alovun qarşısının alınması üçün tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzində yaşayış binasının yanması ilə bağlı məlumat yayıb.

 

 BakuPost-un FHN-nin saytına istinadən xəbərinə görə, Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın hadisəsi baş verib.

 

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

 

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

 

 

Bakının mərkəzində yanğın başlayan yaşayış binası həm də tarixi bina sayılır. 

 

 

İçərişəhərin girişində, Vəli Məmmədov küçəsi 24 ünvanındakı tarixi beşmərtəbəli binada başlayan yanğın binanın mansardını və damını bürüyüb.Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.Yanğın lakollaşdırılıb. Hadisə yerindən fotoları təqdim edirik:

 

 

 

İçərişəhərdə tarixi bina yanır-  FOTO
İçərişəhərdə tarixi bina yanır-  FOTO
İçərişəhərdə tarixi bina yanır-  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər