Ru
14:43 / 19 Oktyabr 2017

İcra başçısı məhkəməyə çağırılma xəbərindən danışdı

1076
Bakı Ağır Cinayətlər Məhkəməsinin dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Teylor Fətişoğlu) cinayət işi üzrə prosesdə iştirak etməsi üçün Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova rəsmi məktub göndərdiyi barədə xəbər yayılıb. 

Bildirilir ki, R.Məmmədov dələduzluqda təqsirləndirilən Teylor Fətişoğlunun cinayət işi üzrə şahid qismində tanınıb.


Modern.az məsələ ilə bağlı R.Orucovun münasibətini öyrənməyə çalışıb. Lakin icra başçısı xəbəri təkzib edib.



"Qətiyyən belə bir şey olmayıb. Mənə heç bir məktub gəlməyib və heç bir məhkəməyə çağırılmamışam”.


İcra başçısı T.İbrahimovu tanıdığını qeyd edib:


"Əlbəttə, tanıyıram. Ağdamlıdır, mən onu necə tanımaya bilərəm. 30-40 ildir institutu bitib gəlib. Bir daha deyirəm ki, onun məhkəməsində şahid qismində iştirak üçün çağırılmamışam”.


Qeyd edək ki, T. İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

 

20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

 

T. İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər