Ru
14:15 / 17 Noyabr 2017

İcra hakimiyyəti evin qapısını hördü - Sabunçuda qəribə hadisə/ FOTOLAR

2209
Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsi ilə Əli Kərimli küçəsinin kəsişməsində yerləşən üçmərtəbəli yaşayış binasında vətəndaşın evinə giriş qapısı bağlanılıb.


BakuPost.az-ın məlumatına görə, "Ölkə.Az”ın yaydığı fotolardan aydın olur ki, 3 mərtəbəli yaşayış binasının yan-yana olan 3 qapısından biri sonradan bağlanılaraq, pəncərəyə çevrilib. 


Sakinlər bildirib ki, bir neçə il öncə Sabunçu rayon İcra Hakimiyyətinin göstərişi ilə binada olan qapılardan biri daşla hörülüb. 


"Həmin vaxtı binanın üzü təmir edilən zaman İcra nümayəndələrinin göstərişi ilə ustalar bura üzlük vurublar. Gördüyünüz kimi, ustalar binaya daş üzlükləri elə vurublar ki, bir vətəndaşın evinin girişinin yarısı bağlanılıb. Evin yiyəsi buna narazılığını bildirəndə, İcra nümayəndələri bildirdi ki, guya qapı binanın mənzərəsini öldürür. Əgər qapı binanın mənzərəsini öldürürsə, o zaman digər qapıları niyə saxlayıblar? Baxın, binanın bu tərəfində təkcə bu qapı deyil, əlavə bir neçə qapı var. Bəs necə olur ki, eyni tərəfdə olan digər qapılar binanın mənzərəsini pozmur, amma bu qapı pozur? Əgər biz də pul versəydik, o zaman bu qapı da hörülməyəcəkdi!”.


Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinin telefon nömrələri ilə əlaqə saxlanılsa da, zənglərə cavab verən olmayıb.


Sözügedən binadan çəkilmiş fotoları təqdim edirik:

 




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər