Ru
13:52 / 20 Noyabr 2017

İdmançı qızı öldürən sürücüyə hökm oxundu

912
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə səbəb olan qəza törətməkdə təqsirləndirilən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.


BakuPost.az musavat.com-a istinadən xəbər verir ki, Əlifağa Məmmədov son sözündə əməlindən peşman olduğunu deyib: "Əgər mən bu hadisənin əvvəldən baş verə biləcəyini bilsəydim, inanın ki, öz canımı ortaya qoyardım. Artıq 55 il yaşamışam. O isə cavan, gənc bir insan idi. Övlad itkisinin nə olduğunu bilirəm. Onları nə əzab-əziyyətlə böyüdürük. Heç kim belə olmasını istəməzdi. Dövləti üçün, bayrağı üçün çox naliyyətlər göstərib. O qədər peşmanam ki... Ailəsindən, valideynlərindən, bütün yaxınlarından üzr istəyirəm. Məni bağışlayın".


Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Ə.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, qəza Zığ şossesində baş verib. Qəza zamanı azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.


Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər