Ru
10:50 / 14 Dekabr 2017

II Dünya müharibəsində əsir düşən azərbaycanlı vəfat etdi - Meyiti yandırılıdı

2910
İsveçrə vətəndaşı olan 97 yaşlı Hacı Cəfərov müalicə aldığı Bazel Dövlət Xəstəxanasında dünyasını dəyişib.


BakuPost.az Report-a istinadən xəbər verir ki, o, ölümündən əvvəl Azərbaycanda, valideynlərinin yanında dəfn olunması ilə bağlı vəsiyyət edib. Amma İsveçrədəki Türk İcmasının və mərhumun dostlarının-yaxınlarının təşkilatçılığına və bütün cəhdlərinə baxmayaraq oğlu Retto Cəfərov onun cənazəsinin Azərbaycana göndərilməsinə icazə verməyib. O, atasının meyitinin yandırılmasına qərar verib.

Qeyd edək ki, Hacı Cəfərov 1920-ci ildə Naxçıvanda dünyaya gəlib. 67 il əvvəl-İkinci Dünya müharibəsi (1941-1945) vaxtı əsir düşərək İsveçrədə qalıb. İsveçrəli bir qadınla ailə qurub, bir qızı və bir oğlu var.   

 

II Dünya müharibəsində əsir düşən azərbaycanlı vəfat etdi -   Meyiti yandırılıdı
II Dünya müharibəsində əsir düşən azərbaycanlı vəfat etdi -   Meyiti yandırılıdı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər