Ru
19:15 / 17 Yanvar 2019

İki erməni hərbiçi minaya düşdü

9096
 

Ermənistan silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı artmaqda davam edir.


BakuPost erməni KİV-lərinə istinadla xəbər verir ki, ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıb. Hərbiçilər təcili hərbi tibb müəssisəsinə təxliyə edilib.


Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.


Qeyd edək ki, ötən gün Ermənistan mətbuatı Tavuş vilayətinin Barekamavan kənd sakini Arman Mikaelyanın minaya düşərək yaralanması barədə məlumat yayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər