İlham Əliyev Binəli Yıldırımı qəbul etdi / YENİLƏNİB

1228
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımla görüşüb.

BakuPost xəbər verir ki, dövlət başçısı Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirakına görə Binəli Yıldırıma təşəkkürünü bildirib.

Binəli Yıldırımın parlament sədri kimi də ilk rəsmi səfərini Azərbaycana etməsinin önəmini qeyd edən Prezident İlham Əliyev onun yenidən ölkəmizə səfərindən məmnunluğunu bildirib.

Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Azərbaycana səfəri xatırlanıb və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən möhtəşəm parad iki ölkə arasında dostluğun və qardaşlığın parlaq nümunəsi kimi dəyərləndirilib.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov da iştirak edib. 
 
* * * 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım ilə görüşüb.

BakuPost-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər