İlham Əliyev Əli Həsənovu sədr təyin etdi - Müavini isə Ramil Usubov oldu

2169
Prezident İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

BakuPost-un məlumatına görə, sərəncama əsasən, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Əli Həsənov - Baş nazirin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Ramil Usubov - Daxili işlər naziri

Təşkilat Komitəsinin üzvləri

Elmar Məmmədyarov - Xarici işlər naziri

Samir Şərifov - Maliyyə naziri
Oqtay Şirəliyev - Səhiyyə naziri
Fikrət Məmmədov - Ədliyyə naziri
Ceyhun Bayramov - Təhsil naziri
Azad Rəhimov - Gənclər və idman naziri
Əbülfəs Qarayev - Mədəniyyət naziri
Zakir Qaralov - Baş prokuror
Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
Nuşirəvan Məhərrəmov - Milli Televiziya və Radio Şurasının sədri
Azay Quliyev - Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı
Fidumə Hüseynova - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Rauf Zeyni - Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.

Bu sərəncamla yaradılan Təşkilat Komitəsi 2019-cu il 16-18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər