Ru
22:50 / 16 Oktyabr 2017

İlham Əliyevdən yeni prezidentə məktub

892
Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş prezidenti Sooronbay Jeenbekova məktub ünvanlayıb.

 

BakuPost.az-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Jeenbekov,

 

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

 

Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər