İlham Əliyevin də iştirak etdiyi sammit öz işinə başladı - YENİLƏNİB

939
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.

BakuPost xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi, Rusiya Prezidenti Vladimir Putini, İran Prezidenti Həsən Ruhanini və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

Sonra V Zirvə toplantısında iştirak edən dövlət başçılarının geniş tərkibdə iclası oldu.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə toplantısını açdı, tədbirdə imzalanacaq sənədlərin əhəmiyyətindən danışdı.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxış etdi.

***

Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.
 
BakuPost xəbər verir ki, tədbiri giriş nitqi ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb.
 
Dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayacağı gözlənilir.
 










ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər