İmişlidə maşın aşdı - Ölən var

814
İmişlidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

BakuPost Trend-ə istinadən xəbər verir ki, hadisə Hacıqabul Horadiz yolunun İmişli rayonunun Xəlifəli kəndi ərazisindən keçən hissəsində baş verib.

Rusiyanın Samara vilayətninin vətəndaşı, 1965-ci il təvəllüdlü Hacıyev Əfqan Barat oğlu idarə etdiyi "Priora" markalı T - 668 - K - 163 dövlət nömrə nişanlı avtomobillə Beyləqan rayonu istiqamətində hərəkətfə olarkən qarşısına çıxan camışı vurub.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, Beyləqan rayonunun Aşıqlı kənd sakini, 1962-ci il təvəllüdlü Hacıyeva Sevil Barat qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Təhqiqat və İstintaq İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər