Ru
20:03 / 23 Yanvar 2019

Çində geni dəyişdirilmiş uşaq doğuldu

4151
 


2018-ci il 25 noyabr tarixində MIT Technology Review jurnalı Çinli alim Syanskuy Xenin geni dəyişdirilmiş uşaq yaradılması üzərində eksperimentlər keçirdiyi haqda məqalə dərc edib. 


BakuPost Medicina.az-a istinadən xəbər verir ki, sonra Associated Press agentliyi alimlə etdiyi müsahibəni təqdim edib. Həkimin bildirdiyinə görə, tibb tarixində bir ilk olan geni dəyişdirilmiş uşaq artıq doğulub. "Biz embriondan CCR5 geninin mutasiyasını ayıraraq analoji CCR532 gen mutasiyasını daxil etdik. Nəticədə də alınan orqanizm immun çatışmazlığı virusuna yoluxa bilməz. 


Daha sonra ilə Xe konfransda apardığı elmi iş haqda bütün planetdən olan kolleqalarının suallarını cavablandırıb. 

 


Növbəti gün Çinin Səhiyyə Naziliyi və Elm və texnologiyalar assosasiyası ilə birlikdə Syanskuy Xeninnin labortoriya fəaliyyətinə son qoymaq və haqqında araşdırma aparılması haqda qərar verilib.  

 

Araşdırmaçıların sözlərinə görə, Xenin layihəsinə 2016-cı ildə start verilib. Alim 8 cütlük üzərində (HİV müsbət kişi və Hiv mənfi qadın) 2018-ci ilin noyabr ayına qədər müxtəlif eksperimentlər aparıb. 


Daha sonra cütlüklərdən biri eksperimentdən ayrılıb, 5 cütlük isə hamilə qala bilməyib. Qalan 2 cütlük isə hamilə qalib və onların embrionlarında müəyyən dəyişikliklər edilib. 


Xe və eksperimentin bütün iştirakçıları cəzalana və hətta həbs edilə bilərlər. Doğulan uşaq və həmçinin də 2-ci uşağa hamilə qadın isə Çinin tibb işçilərinin nəzarəti altına alınıb. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər