İngiltərə 23 rus diplomatını ölkədən qovdu - Siyasi qalmaqal

1369
Böyük Britaniya və Rusiya arasında siyasi böhrana səbəb olan casus problemi dərinləşir. Rəsmi London BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

BakuPost xəbər verir ki, Böyük Britaniya hökuməti 23 rus dipolmatını ölkədən qovub.

Böyük Britaniya rusiyalı casus Sergey Skripalın və onun qızının zəhərlənməsi hadisəsi ilə bağlı olaraq NATO-nu da məsələyə daxil edib.

Hadisə ilə bağlı olaraq NATO üzvü olan 29 ölkənin daimi nümayəndələrindən təşkil olunan Şimali Atlantika Şurasına (NAC) məlumat verən rəsmi London müttəfiqlərinə zəhərlənmənin Rusiyanın hərbi məqsədlərlə yaratdığı insan beyninin neyronlarını məhv edən xüsusi maddədən qaynaqlandığının təsbit edildyini bildirib.

Bundan sonra açıqlama verən NAC hücumun beynəlxalq hüququn norma və müddəalarını açıq şəkildə pozduğunu vurğulayaraq, Rusiyadan Böyük Britaniyanın suallarına cavab verməyi tələb edib.

Son hadisənin NATO qurulduğundan bu yana İttifaq torpaqlarındakı ilk kimyəvi hücum olduğuna diqqət çəkən NAC "Kimyəvi silahların qadağan olunması haqqında" Konvensiyaya görə, dünyada bu cür silahlardan istifadənin qadağan olunduğunu qeyd edib.

Açıqlamada buna rəğmən Suriyada indi də həmin silahlardan istifadə olunduğunu bildirən NATO, dolayısı ilə bu məsələdə də Əsədin yaxın müttəfiqi Rusiyanın günahkar olduğuna eyham vurub.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər