İnsanlar dərmandan niyə zəhərlənir? - Nazirlikdən açıqlama

239
"2016-cı illə müqayisədə bu il dəm qazından zəhərlənmələr azalıb”.

BakuPost.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib.

O bildirib ki, əgər 2016-cı ildə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilmişdisə, 2017-ci ildə rəqəm 207 nəfər təşkil edib: "Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olan xəstələrdən 1 nəfəri ölüb”.

A. Maqsudov qeyd edib ki, dərman preparatlarından zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub və onlardan 602 nəfəri Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul olunub: "Həkim təyinatı olmadan qəbul edilən dərman preparatları, yüksək doza və ard-arda qəbul edilən dərmanlar zəhərlənmələrə səbəb olur və nəticədə ağır zəhərlənmə halları baş verir. Xəstələrə həkim müayinəsi olmadan və resept təyin edilmədən dərman qəbul etməyi məsləhət görmürük”. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər