İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

774
Azercell-in dəstəyilə şagird, valideyn və müəllimlər üçün təlimlər təşkil olunacaq. İnterneti uşaqlarımız üçün təhlükəsiz edək - "Azercell Telekom” MMC-nin təşəbbüsü ilə icra olunan "Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlim proqramının əsas məqsədi bundan ibarətdir.
 
BakuPost xəbər verir ki, 25 sentyabr 2018-ci il tarixində Azercell-in təşkili ilə bu əhəmiyyətli proqramın təqdimatı keçirilib. Təqdimatın açılışını edən Azercell-in İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nigar Şıxlinskaya 2018-2019-cu tədris ili çərçivəsində paytaxt və region məktəblərində şagirdlər, valideynlər və müəllimlər üçün təlimlər təşkil olunacağını bildirib. Təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir. 
 


Təqdimat mərasimində çıxış edən Azercell MMC-nin prezidenti Vahid Mürsəliyev Azercell-in sürətli mobil internet təminatçısı olması və mobil internetdən istifadəni təbliğ etməsinə baxmayaraq kiber təhlükəsizlik məsələsinin olduqca aktuallaşmasından, bu mövzunun şirkət üçün böyük əhəmiyyət kəsb etməsindən danışıb. Onun sözlərinə görə Azercell öz fəaliyyətində daim uşaqların müdafiəsinə önəm verdiyindən məmnuniyyətlə bu aksiyanın təşəbbüskarı və təşkilatçısı qismində çıxış edir. 

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin təhsilin inkişafı proqramlarının sektor müavini Vidadi Bağırov, Ombudsman Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Faiq Ağayev çıxış edərək internetdə uşaqların təhlükəsizliyinin təmin olunmasının vacibliyini, Azercell-in bu təşəbbüsünü dəstəklədiklərini vurğulayıblar.  
 


Tədbirdə  "Müəllim İnkişafı Mərkəzi”nin direktoru Gream Pollakın müraciəti də səsləndirilb. Mərkəzin təlimçisi Çinarə Nur təhlükəsiz İnternet istifadəsi ilə bağlı maraqlı təqdimat edib, təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları kimi biliklərin verildiyini qeyd edib. Gənc təlimçi bildirib ki, qrup məşğələləri və faydalı interaktiv oyunlar sayəsində uşaqlara internetdən gələn zərərlərdən kənarlaşma mexanizmi və vərdişləri də tədris olunur. Çıxışlardan sonra  təlimlər zamanı çəkilmiş görüntülərdən ibarət video çarx, internet təhlükəsizliyinə dair Bakı şəhər sakinlərinin düşüncələrini əks etdirən video sorğu və mövzu ilə bağlı xüsusi hazırlnamış animasiya filmləri nümayiş etdirilib. Tədbirin sonunda isə  iştirakçılara "Universal Müdafiə”, "Android üçün müdafiə” və "Valideyn nəzarəti” xidmətlərinin yer aldığı "Azercell Plus Təhlükəsizlik” proqramına 2 aylıq abunəlik hədiyyə edilib. 2 il öncə "Kasperski laboratoriyası" ilə birgə reallaşdırılan layihə çərçivəsində istifadəçilərə təqdim olunan bu xidmətlər vasitəsilə istifadəçilər həm özlərinin, həm də uşaqlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilirlər.
 


Qeyd edək ki, ötən ildən başlayaraq Azercell şirkətinin təşkilatçılığı ilə Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlər keçirilir. Bakının bir neçə məktəbində həyata keçirilmiş tədrislər bu il regionlarda da təşkil olunacaq. 
 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər