İpoteka kreditləri ilə bağlı - YENİ QAYDALAR/ VİDEO

İpoteka qaydalarında dəyşikliklər edildi.
 
BakuPost.az Xəzər TV-yə istinadən xəbər verir ki, artıq, təmirsiz evləri də ipoteka kreditləri vasitəsi ilə almaq mümkün olacaq.
 
Əvvəlki qaydalara əsasən ipoteka krediti vasitəsi ilə alınan evlərin təmirli olması əsas şərt idi. 

Nazirlər Kabineti "İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası"nda dəyişiklik edib. Yeni qaydalara əsasən evə ehtiyacı olan şəxslər artıq ipoteka krediti vasitəsi ilə təmirsiz ev də ala biləcəklər.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, bu dəyşiklik ipoteka krediti alanlara bir sıra üstünlüklər verəcək.

Bununla bərabər mənzillərin kreditləşməsi zamanı mənzillər üçün real bazar qiymətləri də müəyyən ediləcək. Bu zaman müstəqil daşınmaz şirkətlərin məlumatlarından da istifadə ediləcək.

Xatırladaq ki, ölkənin digər şəhər və rayonları ərazilərində də ipoteka kreditlərinin verilməsi zamanı orta bazar qiymətləri araşdırılacaq.

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər