Ru
19:23 / 11 Dekabr 2017

İran yenə silkələndi - 6 bal

1898
Son dəqiqələrdə İranın qərbində güclü zəlzələ baş verib.

 

Trend-in məlumatına görə, yeraltı təkanlar 6 bal gücündə qeydə alınıb.


İran Seysmoloji İdarəsinin yaydığı xəbərə görə, bu dəfə də İran və İraq sərhədində qeydə alınan zəlzələnin episentri 46 kilometr dərinlikdə olub.


Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat yoxdur.


Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər