Ru
15:24 / 22 Noyabr 2017

İranda çörək və dərman bahalaşdı

1041
İranda çörək və dərman preparatlarının qiyməti bahalaşıb.  


BakuPost.az APA-ya istinadən xəbər verir ki, çörəyin qiymətində artım təqribən 15 faiz təşkil edir.

 

Çörəkbişirmə sexləri bu gündən yeni qiymətlərlə çörək satır.  Çörəyin qiyməti 3 il ərzində sabit qalıb.


Dərman preparatlarının bahalaşmasına gəldikdə isə, İran Səhiyyə Nazirliyinin dərman və ərzaq məhsulları üzrə təşkilatının rəhbəri Qulamrza  Əsgəri deyib ki, artım 15 növ dərman preparatını əhatə edib. Onun sözlərinə görə, bunun səbəbi inflyasiyadır.


Dərman preparatlarının qiymətinin 9 faiz artacağı gözlənilir. Hazırda müvafiq artım 3 faiz təşkil edir. 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər