Ru
18:56 / 13 Noyabr 2017

Zəlzələdə ölənlərin sayı 407-ə çatdı - FOTOLAR/ VİDEO/ YENİLƏNİB

4651

Son məlumata görə, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 407-ə çatıb. *** 18:17 İran-İraq sərhədində zəlzələ nəticəsində ölənlərin sayı 395-ə çatıb.


BakuPost.az xəbər verir ki, 6650 nəfər isə xəsarət alıb.
*** 17:34 Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 372-ə çatıb.  BakuPost.az xəbər verir ki, yaralılar sayının isə 5900 nəfər olduğu bildirilir.

*** 13:08 İranın Təbii Fəlakətlərə qarşı Mübarizə üzrə Milli Təşkilatı zəlzələdə ölənlərin sayı ilə bağlı yeni rəqəm açıqlayıb. BakuPost.az xəbər verir ki, təşkilatdan Press TV-ə verilən məkumata görə, İranda təbii fəlakət nəticəsində 339 nəfər ölüb. İraqda isə zəlzələ nəticəsində 8 nəfər ölüb, 400-dən çox adam yaralanıb.  Beləliklə, bu saata olan məlumatlara görə, zəlzələ nəticəsində ümumilikdə 347 nəfər ölüb, 2900-dən çox insan isə yaralanıb. *** 13:00 İranda zəlzələ qurbanlarının sayı 328-ə çatıb.

 

BakuPost.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Kirmanşah əyalətinin tibb xidmətinin yaydığı xəbərdə deyilir.

 

Bildirilir ki, yeraltı təkanlar nəticəsində 2,5 min nəfər yaralanıb.

 


*** 

10:36

Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələdə ölənlərin sayı artmaqdadır.

BakuPost.az xəbər verir ki, Press TV ölü sayının 211-ə çatdığı barədə məlumat yayıb. *** 10:02 İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb *** 09:54 İran-İraq sərhədində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 200-ə çatıb. BakuPost.az xəbər verir ki, bu barədə İranın Press TV kanalı məlumat yayıb. *** 09:34
İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb. BakuPost.az xəbər verir ki, təbii fəlakət nəticəsində 1600 nəfərin xəsarət aldığı bildirilir. *** 06:57 Ötən gün axşam saatlarında İran və İraq sərhədində baş vermiş 7,2 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb, yaralıların sayı isə min nəfəri ötüb.

BakuPost.az  xəbər verir ki, bu barədə İranın Mülki Müdafiə Xidməti məlumat yayıb.

Zəlzələ nəticəsində İraqda 6 nəfərin öldüyü bildirilir.

Böhran Mərkəzinin məlumatına görə, təbii fəlakət nəticəsində əsas zərbə İranın qərbində yerləşən Kermanşah və İlam əyalətlərinə dəyib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər