Ru
09:52 / 16 Oktyabr 2017

- İLK QƏLƏBƏ / YENİLƏNİB VİDEO İraq ordusu Kərkükə girdi

2650
İraq ordusu bu gün gecə yarısı Kərkükdə əməliyyatlara başlayıb.

 

BakuPost.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyatların məqsədi Kərkükə daxil olub Peşmərgənin nəzarətində olan neft quyularını ələ keçirməkdir.

 

İraqın baş naziri Heydər əl-İbadi Kərkükdə təhlükəsizliyin təmin edilməsi üçün şəhər əhalisi və Peşmərgə ilə işbirliyi edilməsini istəyib. Lakin şəhərin cənubundakı Tazehurmatu qəsəbəsi yaxınlığında İraq təhlükəsizlik qüvvələri ilə Peşmərgə arasında qarşıdurma olub. Peşmərgəli komandir Albay Salar Teymur iddia edib ki, ilk atəşi İraq ordusu açıb. Onun sözlərinə görə, İraq ordusunun ağır silahlarla atəş açmasının ardından Peşmərgə də cavab atəşi açıb və beləcə atışma davam edib. Bərzaninin Kərkükdəki əsas adamlarından olan sabiq Kərkük valisi Nəcməddin Kərim əhalini İraq ordusuna qarşı silahlanıb, dirəniş göstərməyə çağırıb.

 

 ***

12:49


Son məlumatlara görə, İraq qüvvələri Kərkükün cənubundakı bəzi mövqeləri Kürd Muxtariyyətindən azad edib.


Əməliyyatlar zamanı Kərkükdəki Keyvan hərbi bazası da İraq ordusunun nəzarətinə keçib.


Məlumatı İraq Müdafiə Nazirliyinə bağlı olan Savaş Media Şəbəkəsi yayıb.

Картинки по запросу Irak Ordusu Harekete Geçti, Kerkük Operasyonu Başladı

Картинки по запросу Irak Ordusu Harekete Geçti, Kerkük Operasyonu Başladı

Картинки по запросу Irak Ordusu Harekete Geçti, Kerkük Operasyonu Başladı


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər