İraq ordusu Kərkükü almaq əməliyyatına başladı

İraq ordusu Kərkükü peşmərgədən almaq üçün hərəkətə keçib. Gözlənilən hücumun qarşısının almaq üçün on minlərlə peşmərgə qüvvələri həyəcan siqnalıyla ayağa qaldırlaraq, regiona göndərilib.  

Strateq.az Türkiyə mediasına istinadla xəbər verir ki, AFP xəbər agentliyi nufuzlu İraq generalarrından birinin informasiyası əsasında İraq ordusunun artıq Kərkükü geri almaq üçün əməliyyata başladığını iddia edib. Adı açıqlanmayan həmin general deyib: "2014-cü ilin iyun ayında yaşanan hadisələr zamanı İraq ordusunun itirdiyi bölgələri geri almaq üçün əməliyyat başlayıb”.

İraq Kürdüstan Regionu Administrasiyasının (İKRA) başçısının müavini Kosret Rəsul isə verdiyi açıqlamada İraq ordusunun mümkün əməliyyatına qarşı on minlərcə peşmərgə qüvvəsinin Kərkükə göndərildiyini təsdiqləyib.

Nüfuzlu "Reuters" xəbər agentliyi də bölgəyə peşmərgələrin göndərildiyini xəbər verib və onların sayını "on minlərlə” ifadə edib.

Xatırladaq ki, 2014-cü ilin iyun ayında İŞİD-in İraq hökumətinə bağlı olan bölgələri ələ keçirməsindən sonra bu bölgələrin bir qismi İKRA hakimiyyəti tərəfindən geri alınmışdı.

Kürdlərin "Rudaw" agentliyi isə dünən gecə İraq ordusunun intensiv hərəkətliliyinin müşahidə olunduğu xəbərini yayıb. Agentlik bildirib ki, gecə boyunca İraq hərbi qüvvələri peşmərgə mövqelərinin bir neçə kilometrliyində yerləşib.

Xəbərlərdə o da bildirilir ki, İraq ordusu və "Haşdi Şabi" birliklərinin Kərkük ətrafında cəmlənməsinin ardından bölgədə gərginlik xeyli yüksəlib və belə bir ərəfədə İKRA başçısı Məsud Bərzaninin oğlu Mənsur Bərzani də silahlanaraq Kərkükə gəlib.

Ərəb və türkmən komandirlərinin də Kərkükə toplaşdığı və indi Kərkükün, sanki, komananların güc nümayişi meydanına çevrildiyi xəbər verilir.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

19 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər